Logo

Bu restoranlar cərimələndi - Reyd

Bu restoranlar cərimələndi - Reyd
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəzər dənizini çirkləndirən sahilboyu yerləşən restoranlar cərimələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sfera.az-a verilən məlumata görı, nazirlik əməkdaşları tərəfindən Bakı şəhərinin Xəzər dənizinin sahilboyu zonasında reyd keçirilib.

Reyd zamanı Xəzər dənizinin sahilboyu ərazisində fəaliyyət göstərən "Aquapark”, "121”, "Amay” istirahət mərkəzlərində, "Delfin” çimərliyində, "Fərdi” iaşə obyektində, "Cənub” kafesində bərk məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə olunmaması müəyyən edilib. Həmçinin tullantıların qalaqlanması və yandırılması, "Balıq evi” restoranında isə formalaşan tullantı sularının təmizlənmədən birbaşa dənizə axıdılması faktları aşkar edilib. Qanun pozuntuları ilə bağlı obyekt sahibləri barəsində protokollar tərtib olunub.

İnzibati xəta törətdiklərinə görə təqsirkar şəxslər ümumilkdə 6150 manat məbləğində cərimə edilib və çatışmazlıqların aradan qaldırılması üçün onlara icrası məcburi olan müddətli "məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR