Logo

Vətəndaşları təhqir edən deputatın arxasında kimlər dayanır? - Turan İbrahimov canlı efirdə həmin məmurları kəskin ifşa etdi + VİDEO

Vətəndaşları təhqir edən deputatın arxasında kimlər dayanır? - Turan İbrahimov canlı efirdə həmin məmurları kəskin ifşa etdi + VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bir neçə gündür ki, Azərbaycanın bütün KİV-lərini 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyevin AzadlıqRadiosuna verdiyi müsahibə zamanı, vətəndaşları təhqir etməsi xəbəri məşğul edir.

Millət vəkilinin vətəndaşlara "nəşəli, sərxoş, cəmiyyətin tör-töküntüsü, Rusiyaya gedənlərin bizim cəmiyyətin "otxodları"dır" kimi aşağılayıcı fikirləri ölkə mətbuatını zəbt edib və sanki kimlərsə bu kimi xəbərlərlə gündəmi əsl və daha ciddi problemlərdən yayındırmaqla məşğuldur.

Enter.News xəbər verir ki, bu gün "ATV Səhər" proqramında verilişin müəllifi və aparıcısı Turan İbrahimov həmin millət vəkili, onun arxasında olan ciddi güclərin və ümumilikdə Milli Məclisin biabırçı heyəti haqqında kəskin tənqidi məqamlara toxunub. Turan İbrahimovun canlı efirdəki həmin çıxışının videosunu olduğu kimi sizə təqdim edirik:

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR