Logo

Unibank menecmentini gücləndirir - Yeni təyinatlar

Unibank menecmentini gücləndirir - Yeni təyinatlar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Unibank" Kommersiya Bankı öz menecment qrupunu gücləndirməkdə davam edir.

"Unibank"dan Sfera.az-a daxil olmuş məlumata görə, Bank rəhbərliyinin qərarı ilə İdarə Heyətinin tərkibində bir sıra yeniliklər həyata keçirilib.

Taleh Tahirli İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin Pərakəndə bank xidmətləri üzrə müavini, İqor Okayev isə İdarə Heyətinin üzvü seçilməklə İdarə Heyəti sədrinin Korporativ bank xidmətləri üzrə müavini vəzifəsinə təyin ediliblər.

Rəhbərliyin qərarı ilə Tural Hüseynov "Korporativ bank xidmətləri departamenti”nin rəhbəri, Məcid Məmmədov isə İdarə Heyəti sədrinin Xüsusi layihələr üzrə müşaviri təyin olunub.

Unibankda 22 ildən artıqdır müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərən Samir Balayev isə Müşahidə Şurası sədrinin müşaviri vəzifəsində fəaliyyətini davam etdirir.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR