Logo

DİM kolleclərə qəbulun nəticələrini açıqladı

DİM kolleclərə qəbulun nəticələrini açıqladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini açıqlayıb.

DİM-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, nəticələr avqustun 7-də saat 19:40-dan etibarən internet səhifəsində yerləşdirilib.

Müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin "Azercell", "Bakcell" və "Nar" nömrələrindən abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənmək olar.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Təhsil formasıQəbul planıQəbul olunubQəbulolma 
faizi
Azərbaycan 
bölməsi
Rus 
bölməsi
Bölmələr 
üzrə cəmi
Dövlət (ödənişsiz)42793924191411596.17
Dövlət (ödənişli)50634098141423983.73
Özəl11256311864957.69
Cəmi104678653350900386.01

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar cari il avqustun 9-dan 21-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR