Logo

"Ermənilər Dağlıq Qarabağı işğal edib, Əli Həsənov da məcburi köçkünlərin pullarını" - İTTİHAM

"Ermənilər Dağlıq Qarabağı işğal edib, Əli Həsənov da məcburi köçkünlərin pullarını" - İTTİHAM
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 3-də Bakının Heydər Əliyev prospektində "Galendewagen” markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə şübhəli bilinən Nail Allahverdiyev həbs edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Qəza vaxtı xəsarət almış N.Allahverdiyevin törətdiyi hadisə ilə bağlı istintaq araşdırmaları davam etdirilir.

"Ermənilər Dağlıq Qarabağı işğal edib, Əli Həsənov da məcburi köçkünlərin pullarını" - İTTİHAM

"Qaçqınkom" sədri Əli Həsənovun nəvəsinin həbsinə Sfera.az-ın vasitəsilə münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev söyləyib ki, nəvəsi yox, Əli Həsənov həbs olunmalıdır.

"Ermənilər Dağlıq Qarabağı işğal edib, Əli Həsənov da məcburi köçkünlərin pullarını" - İTTİHAM

"Əli Həsənov səhv edir. Pulların hamısı həbs edilən uşağın pulları deyil. O məcburi köçkünlərin evini yıxıb, pullarını mənimsəyib. Əli Həsənov hazırda 3-4 milyon pulu xarici banklara yatırıb. Onun nəvəsinin yığdığı avtokolleksiyaların, milyonların hamısı yetim-yesirin qan pullarıdır. Onun bir tərəfi də ermənilərə gedib çıxır. Xarici banklarda olan pullarını da ermənilərin adına yatırır. Ermənilər Dağlıq Qarabağı işğal edib, Əli Həsənov da məcburi köçkünlərin pullarını. Tək bu deyil, Əli Həsənovun sumqayıtda hər blokda bir evi var. Hələ bu üzdə olan varidatıdır, arxada olanlardan xəbərimiz yoxdur. Təcili surətdə hüquq mühafizə orqanları bunları ciddi şəkildə araşdırmalıdır. O özü indi çalışır ki, Azərbaycanda ara qarışsın. Onu təcili vəzifədən kənarlaşdırıb, həbs etsinlər. Onun vicdanı olsa özü istefa verər",- deyə H.Hacıyev qeyd edib.

Qeyd edək ki, hadisə zamanı N.Allahverdiyevin idarə etdiyi "Galendewagen” markalı avtomobil Mirməhəmməd İsmayılovun sürdüyü 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” avtomobil ilə yarışırmış. Avtoxuliqanlıqda günahlandırılan M.İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR