Surət Hüseynovun zavodu hərraca çıxarılıb
Kateqoriya məlum deyil
Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın 4-cü baş nazirinin əmlakını satışa çıxarıb.
Komitədən Sfera.az-a verilən məlumata görə, 5 sentyabr tarixində keçiriləcək hərracda Surət Hüseynovun "Yevlax Yun” səhmdar cəmiyyəti satışa çıxarılacaq. Auksionda təqdim ediləcək 66 dövlət əmlakından biri də S.Hüseynovundur.
Qeyd edək ki, ümumilikdə özəlləşdirilməyə çıxarılan 66 əmlakdan 22-i kiçik dövlət müəssisə və obyekti, 17-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i səhmdar cəmiyyəti, 7-i isə nəqliyyat vasitəsidir.
Hərraca çıxarılan səhmdar cəmiyyətlərinə "Yevlax Yun”, "Masazır Quşçuluq”, "Xaçmaz Mexanizasiya Nəqliyyat”, "Mingəçevir Qum Çınqıl”, "Ağcabədi Aqrotexservis”, "Zaqatala Sənaye Kombinatı” aiddir.
Sfera.az






