Mətanət və Fərdanın çəkildiyi filmin ilk videosu
Kateqoriya məlum deyil
Rejissorluğunu İlham Qasımovun etdiyi “Oğlan evi: Azərbaycansayağı qarət” filminin reklam çarxı yayımlanıb. Sfera.az axşam.az-dan aldığı məlumata görə, ekran işinin qala gecəsi dekabrın 3-də baş tutacaq. Filmdə baş rolda yumor ustası Fərda Amin, aparıcı İslam Mehrəliyev və aktyor Elcan Rəsulov çəkilib. Filmdə aparıcı Mətanət Əliverdiyeva da rol alıb.Komediya janrında olan filmin ssenari müəllifi İlham Qasımov, Tural Sevdimalı və Dicey Fatehdir.İ.Qasımov 15 ildir rejissor kimi fəaliyyət göstərdiyini və “Oğlan evi: Azərbaycansayağı qarət”in ilk filmi olduğunu bildirib.






