“Oliqarx vodka” hərraca çıxarılıb
Kateqoriya məlum deyil
Əmlak Məsələləri Dövlət Komitəsi spirtli içki həvəskarları üçün hərrac keçirəcək.
Sfera.az xəbər verir ki, komitə bu dəfə də hərraca müxtəlif spirtli içkilər çıxaracaq. Sentyabrın 5-də keçirilməsi nəzərdə tutulan hərracda "Zolotoye kolso", "Oliqarx vodka", "Xan zolotoy kolos" spirtli işçiləri satışa çıxarılacaq.
Auksionda "Zolotoye kolso" 2 manata, "Oliqarx vodka" 24 manata, "Xan zolotoy kolos" isə 20 manata təqdim ediləcək.
Sfera.az






