Azərbaycanda daha bir \"məmur oğlu\" qalmaqalı - Avtomobili ilə uşaq vurdu
14:30 / 06.08.2017
3935
Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı uşağı maşın vurub.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu "Mitsubishi” markalı avtomobil vurub.
Yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Fakt araşdırılır.
Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov, hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib.