Həkim “Gelandewagen”in törətdiyi dəhşətli qəzada xəsarət alanların vəziyyətindən danışdı

Həkim “Gelandewagen”in törətdiyi dəhşətli qəzada xəsarət alanların vəziyyətindən danışdı
Xəbər verildiyi kimi, avqustun 3-də baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Bakının Heydər Əliyev prospektində idarə etdiyi "Mercedes Gelandewagen” markalı avtomobili ilə ağır qəza törədib.
 

Yüksək sürətlə hərəkətdə olan avtomobil VAZ-2115 markalı avtomobili arxadan vurduqdan sonra idarəetməni itirib və  prospektin ikinci dərəcəli yoluna çıxıb. Orada yol kənarında dayanmış 3 nəfər piyadanı vurub və alışaraq yanıb. Qəzada biri vurulan piyada olmaqla iki nəfər həlak olub, iki nəfər piyada isə ağır yaralanıb.

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yaralanan Türkiyə vətəndaşları Mutallib Tekiş və Songül Tekiş olub. Onlar müxtəlif dərəcədə bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər. Belə ki, Mutallib Tekiş 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko), Songül Tekiş isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Lakin yaralıların hər ikisinin vəziyyəti ağır olduğu üçün "Baku Medikal Plaza”
ya köçürülüblər.

Onların vəziyyəti ilə bağlı xəstəxananın baş həkimin müavini Lalə Şəkərova ilə əlaqə saxladıq. O, açıqlamasında hər ikisinin vəziyyətinin ağır olduğunu bildirdi:

"Hər ikisi dünən bizim xəstəxanaya qəbul olunub. Mutallib Tekiş hazırda reanimasiyadadır, süni tənəffüs aparatına qoşulub, çox sayda travması var - politravmadır. Xanım isə dünən əməliyyat olunub. İndi isə reanimasiya şöbəsindən stasionar şöbəyə köçürülüb”.

OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda qatarın tavan hissəsindən su axması müşahidə edildi

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarlardan birinin sərnişin salonunun tavan hissəsindən su axması qeydə alınıb.   Sfera.az səhmdar cəmi...

"ABŞ Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin..." - Drize

“Birləşmiş Ştatlar Rusiyaya tərəfdaşlıq təklif edəcək, lakin yalnız birtərəfli qaydada — Amerika lider olmalıdır”.   Sfera.az bildi...

Nigeriyada yataqxanada yanğın baş verdi - 17 nəfər öldü

Nigeriyada məktəb yataqxanasında yanğın baş verib, nəticədə 17 nəfər həlak olub. Sfera.az xəbər verir ki, bu barədə yerli “Guardian Nigeria” nəşr...

“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: İndi səyahət daha rahat və sərfəlidir

"Birbank Private" müştərilərinə eksklüziv xidmətlər, unikal imtiyazlar təklif etməyə davam edir. Belə ki, Birbank Private, "PAŞA Travel" və ...

Prezident bu naziri vəzifəsindən azad etdi - SƏRƏNCAM

Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib.   Sfera.az xəbər verir ki, ...

“Yaxın Şərq Rivierası”... - Trampın Qəzza ilə bağlı planı mediaya SIZDI

Trampın Qəzza zolağına tam nəzarət, o cümlədən milyonlarla fələstinlinin qonşu ölkələrə məcburi köçürülməsi istiqamətində açıqlamaları dünya mediasında səs-küy ...