Logo

Gömrükdə zərgərlik məmulatları müsadirə olunub

Gömrükdə zərgərlik məmulatları müsadirə olunub
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda Rusiyadan Azərbaycana Xarkov-Bakı sərnişin qatarı ilə gələn Ukrayna Respublikası vətəndaşının əl yüklərinə baxış keçirilib.

DGK-dan Sfera.az-a verilən məlumata görə, baxış zamanı, karton qutunun içində, gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən - 4 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, 7 ədəd boyunbağı olmaqla, ümumi çəkisi 191 qram olan qızıldan hazırlanmış zərgərlik məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR