Logo

Yol polisi tərəfindən “cərimələnən” millət vəkili danışdı

Yol polisi tərəfindən “cərimələnən” millət vəkili danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Millət vəkili Rafael Hüseynov yol polisi əməkdaşı tərəfindən cərimələnməsi məsələsi barədə danışıb.

Hadisə haqqında Sfera.az-a danışan R.Hüseynovqeyd edib ki, maşını idarə edən zaman yol-hərəkət qaydalarını pozmur və yol polisi əməkdaşları da onu heç vaxt saxlamayıblar.
“Əslində hadisə belə olub ki, Hacıqabul rayonundan iki nəfər mənim yanıma, iş yerimə-Muzeyə gəlməli və biz birlikdə xəstəxanaya getməli idik. Ancaq onlar yubandığından mən bir daha həmin şəxslərlə əlaqə saxlamalı oldum və mənə  bildirdilər ki, muzey tərəfə  gələrkən bilmədən maşını hərəkətin əks istiqaməti ilə sürürblər,  DYP əməkdaşları da onları saxlayıb hazırda cərimə yazırlar.
Mən də yaxınlıqda olduğu üçün həmin şəxslərin yanına getdim və sonra mənim yanıma gəlmələrini bildirdim. Yəni, cərimələnmə hadisəsi mənimlə bağlı deyil. Mən ümumiyyətlə, maşını idarə edən zaman yol-hərəkət qaydalarına əməl edirəm və heç zaman da DYP əməkdaşları məni saxlamayıblar”, - deyə, R. Hüseyn daha sonra sözlərinə əlavə edib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR