Logo

Sərnişin və baqaj daşınması qaydalarında – Dəyişiklik

Sərnişin və baqaj daşınması qaydalarında – Dəyişiklik
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişiklik edib.

Bununla bağlı qərarı Baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nın 9.5-ci bəndində "Taksilərin dayanacaq yeri” sözləri "Minik taksilərinin duracaq yeri” sözləri ilə və "edə bilər” sözləri "etməlidir” sözü ilə əvəz edilib. Dəyişikliklərlə sifariş gözləyərkən daşıyıcı taksi minik avtomobilləri üçün nəzərdə tutulmuş "Minik taksilərinin duracaq yeri” yol nişanı ilə işarələnmiş dayanacaqlardan istifadə etməlidir. (report)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR