Logo

Millət vəkilləri məmurları qınadı: "Hər bir məmur özbaşınalığı cəzalandırılmalıdır!"

Millət vəkilləri məmurları qınadı: "Hər bir məmur özbaşınalığı cəzalandırılmalıdır!"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bakının Heydər Əliyev prospektində dəhşətli qəza baş verib. Mətbuatda qəza zamanı yanan maşının Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyə məxsus olması barədə məlumatlar yayılıb. Ona məxsus 10-PP-203 dövlət nömrə nişanlı avtomobili Allahverdiyevin sürücüsü idarə edib. "Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib. Lakin bəzi mənbələr Nail Allahverdiyevin də avtomobildə olduğunu və yaralandığını iddia edirlər.

Millət vəkilləri məmurları qınadı: "Hər bir məmur özbaşınalığı cəzalandırılmalıdır!"

Baş vermiş qəza ilə bağlı Sfera.az-a münasibət bildirən millət vəkili Vahid Əhmədov söyləyib ki, kimliyindən asılı olmayaraq, istənilən adam, istənilən avtomobil sürməsinə baxmayaraq, yol hərəkatı qaydalarına riayyət etməlidir:

"Hansı məmurun oğlu, nəvəsi və ya qohum-əqrabası olsa belə, qanun hamı üçün qanundur. Cənab Prezident iclaslarda hökumət üzvlərinə, şirkət rəhbərlərinə və digərlərinə xəbərdarlıq edir ki, "sizlər daha çox xalqa yaxın olmalısınız və qayda-qanuna riayyət etməlisiniz". Hesab edirəm ki, bu cür hadisələr yolverilməzdir. Məmur özbaşınalığı Azərbaycanda çox böyük və geniş şəkildə yayılıb. Çünki bu belə olmasaydı İlham Əliyev dəfələrlə xəbərdarlıq etməzdi. Görünür, məmurlara bu dərs olmur. Dərs olsaydı, son vaxtlar belə hadisələr çoxalmazdı. Biri var əzab-əziyyətlə pul qazanasan, biri də var ki, heç nə etmədən külli miqdarda pulları mənimsəyəsən. Onların da külli miqdarda vəsaitləri var, heç nədən əldə olunan vəsaitlərlə övladlarına yüksək şərait yaradırlar. Ona görə də övladları və ya qohum-əqrabaları istədikləri kimi davranır və qanuna tabe olmurlar. Hamımız qanuna tabe olmalıyıq. O cümlədən də Heydər Əliyev prospektində surət həddi qoyulubsa, ona uyğun hərəkət etmək lazımdır".

Millət vəkilləri məmurları qınadı: "Hər bir məmur özbaşınalığı cəzalandırılmalıdır!"

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, hadisənin araşdırma müddətinə ehtiyacı var:

"Birdən-birə ittiham etmək olmaz. Ancaq bu əməli törədənlər məsuliyyət daşıyır. Bir babanın o yaşda nəvənin arxasınca gəzib nəsə deməyi doğru deyil. Nəvə özü nə etdiyini dərk etməli idi. Təbii ki, hamı qanun qarşısında eynidir".

Millət vəkilləri məmurları qınadı: "Hər bir məmur özbaşınalığı cəzalandırılmalıdır!"

Millət vəkili Asim Mollazadə qeyd edib ki, baş vermir hadisə ilə bağlı ciddi araşdırma aparılmalıdır:

"Əlbəttə ki, heç bir məmur özbaşınalığa yol verməməlidir. Prezident dəfələrlə xəbərdarlıq edib. Onlar İlham Əliyevin etdiyi xəbərdarlıqlarından dərs götürməlidirlər. Harınlıq edən məmur və məmur övladları cəzasız qalmayacaqlar. Hər bir məmur özbaşınalığı cəzalandırılmalıdır!"

Qeyd edək ki, 10-PP-203 dövlət nömrə nişanlı avtomobil sosial mediada məşhurdur. Hətta Nail Allahverdiyevin o maşınla rəsmləri də uzun müddət mətbuatın gündəmində olub.

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR