Logo

Ali təhsil almaq istəyənlərin nəzərinə: Yerlər açıqlandı

Ali təhsil almaq istəyənlərin nəzərinə: Yerlər açıqlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2017-2018-ci tədris ili üçün seçimə buraxılan abituriyentlərin qruplar üzrə plan yerlərinin sayı məlum olub.

Sfera.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz Feysbuk səhifəsində yazıb.

I qrup üzrə 13 min 805 plan yerinə 200-dən yüksək bal toplayan 12 min 86 abituriyent və 150-dən çox bal toplayan 15 min 266 abituriyent ixtisas seçimi edə biləcək.

II qrupda 12 min 924 plan yerinə 200-dən çox bal toplayan 10 min 439 nəfər və 150-dən yüksək bal toplayan 13 min 60 abituriyent seçim edəcək.

III qrup üzrə 9 min 769 plan yerinə 200-dən çox bal toplayan 10 min 181 və 150-dən çox bal toplayan 12 min 454 nəfər ixtisas seçimi edəcək.

IV qrup üzrə isə 3 min 220 plan yerinə 200-dən çox bal toplayan 3 min 84 nəfər və 150-dən çox bal toplayan 3 min 455 nəfər abituriyent ixtisas seçimi edəcək.

Azad Əliyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR