Əli Həsənovun “Galendewagen”də qəzaya düşən nəvəsinin ötüşdüyü qırmızı ''Mazda'' kimindir?
Ötən gecə Bakının Heydər Əliyev prospektində Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "Mercedes Galendewagen” markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobillə törədilmiş dəhşətli qəza ilə bağlı təfərrüatlar məlum olub. Criminal.az saytına daxil olan məlumata görə, N.Allahverdiyev hadisədən əvvəl qırmızı rəngli ''Mazda'' markalı avtomobilin sürücüsü ilə ''Maga'' adlı kafedə olublar. Sonra isə həmin ''Mazda'' ilə ötüşə çıxıblar. Ötüşmə zamanı dəhşətli qəza baş. verib. ''Gelandewagen” yolda dayanan piyadaları vurub, sonra isə yaxınlıqdakı binaya çırpılıb.
''Mazda'' markalı avtomobil isə hadisə yerini tərk edib. Qəza zamanı Mehdi Əliyev və piyada Vaqif Əsədov həlak olublar. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Yaralılardan birinin ayağı qopub.
1995-ci ildə anadan olmuş Nail Allahverdiyev bizneslə məşğuldur, məşhur "Soho” klubunun sahibidir, onun ötən ayın 19-da Dövlət Sərhəd Xidmətinin rəisi Elçin QUliyevin qızı ilə toy mərasimi olub.
Criminal.az






