Əsədov baş vermiş qəzadan danışdı: "Kim hansı cəzaya layiqdirsə, qanun o şəxsi cəzalanadıracaq!"
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Bakının Heydər Əliyev prospektində dəhşətli qəza baş verib. "Gelandewagen” markalı maşın idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Qəfildən alışan avtomobil qapılarını açmaq mümkün olmadığından 3 nəfər yanaraq, dünyasını dəyişib.
Mətbuatda hadisə zamanı maşında yanaraq həlak olanlardan birinin Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin olduğuna dair xəbərlər yayılıb. Ancaq xəbər təkzib olunub, hadisə zamanı Nail Allahverdiyevin evdə olduğu bildirilib. Ancaq yanan maşın onundur. Ona məxsus 10-PP-203 dövlət nömrə nişanlı avtomobili isə Allahverdiyevin sürücüsü idarə edib. Həlak olan da maşının sürücüsüdür. "Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib. Lakin bəzi mənbələr Nail Allahverdiyevin də avtomobildə olduğunu və yaralandığını iddia edirlər.
Baş vermiş qəza ilə bağlı Sfera.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, qqəzanın baş verməsindən məlumatı var.

O qeyd edib ki, hadisə ağır dərəcəli olduğu üçün məsələyə rayon üzrə Polis İdarəsində baxılacaq:
"Hər bir ağır dərəcəli hadisəni təfərrüatı ilə araşdıran aidiyyatı üzrə Polis İdarəsidir. Baş vermiş qəza ilə bağlı qanunda hansı cəza təyin edilərsə, o cəza da tərtib olunacaq. Kim hansı cəzaya layiqdirsə, qanun o şəxsi cəzalanadıracaq!"
Qeyd edək ki, 10-PP-203 dövlət nömrə nişanlı avtomobil sosial mediada məşhurdur. Hətta Nail Allahverdiyevin o maşınla rəsmləri də uzun müddət mətbuatın gündəmində olub.
Azər Salam
Sfera.az






