Logo

MTN polkovniklərinin evində - Axtarış

MTN polkovniklərinin evində - Axtarış
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Eldar Mahmudov-Akif Çovdarov kriminal qruplaşmasının ifşa olunması əməliyyatları çərçivəsində MTN-in yüksək rütbəli daha üç əməkdaşı istintaqa cəlb olunub.

Bunlar polkovnik Rəsul Rəsulov, polkovnik-leytenant Elxan Ömərov və polkovnik-leytenant Əli Nəbiyevdir. Onların hər üçü bu gün artıq qətldə, adam oğurluğunda və banditizmdə də ittiham olunan general Akif Çovdarovun rəhbərlik etdiyi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları olub.

Sfera.az-ın məlumatına görə, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat daxil olub.

Xəbərə görə, hər üç MTN əməkdaşının mənzillərində və iş otaqlarında axtarışlar aparılıb.

***

Trend-in məlumatına görə, həmin idarənin əməkdaşları - idarə rəisi polkovnik Səlim Məmmədov, şöbə rəisi polkovnik-leytenant Vüqar Muxtarov da istintaqa cəlb olunublar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR