Logo

Ərlə arvad 5 yaşlı qıza təcavüz edib, daha sonra görün nə etdilər! - FOTO

Ərlə arvad 5 yaşlı qıza təcavüz edib, daha sonra görün nə etdilər! - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İngiltərənin Plimut şəhəri bu məhkəmə prosesi ilə "çalxalanır".

Sara Qotemlə Kreyq Forbs 5 yaşlı qıza vəhşicəsinə təcavüz etməkdə, üstəlik bu təcavüzün videosunu internetdə translyasiya etməkdə suçlanırlar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ərlə arvad tovlayaraq evə saldıqları 5 yaşlı qıza güclü trankvilizator dərmanları verərək uşağın yuxuya getməsini, anlaqsız olmasını gözləyiblər.

Daha sonra onlar qıza dəfələrlə təcavüz ediblər və bu iyrənc əməllərinin videosunu veb-kamera vasitəsilə internetdə translyasiya ediblər.

Translyasiyasının müştərisi isə ABŞ-ın Kaliforniya ştatındakı San-Fransisko şəhərində yaşayan qadın pedofil idi.

Olayı ABŞ-ın Federal Təhqiqat Bürosu da araşdırıb. Bəlli olub ki, Skype vasitəsilə translyasiya olunan iyrənc mənzərələrin müştərisi "Bad Girl Next Door" nikli 26 yaşlı pedofil qadınmış.

Həmin qadın artıq həbs olunub.

Sara Qotemlə Kreyq Forbsun hər birini minimum 20 il həbs gözləyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR