Nəticələri ləğv olunan dairədə son vəziyyət
Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib. MSK YAP-dan deputatlığa namizədliyi irəli sürülmüş İlqar Vəliyev və bu dairədə deputatlığa namizədliyi qeydə alınmış Qalib Qarayevin şikayətindən sonra belə bir qərar qəbul edib. Sfera.az xəbər verir ki, həmin dairə üzrə ən çox -14036 səsi Milli Məclisin deputatı olan Çingiz Əsədullayev toplamışdı. Namizədliyi qeydə alınmış digər namizədlər - Vəliyev İlqar (Mədəniyyət və Turizm Nazirliyinin Ağdaş Rayon Mədəniyyət və Turizm Şöbəsində baş məsləhətçidir) 5010, Qarayev Qalib (Ağdaş bələdiyyəsinin sədridir) 1706, Mustafayev Pərviz 606, Əhmədov Eynulla (Ağdaş rayonu Ağzıbir kənd tam orta məktəbində müəllimdi) 1100 səs toplamışdı. Qeyd edək ki, Vəliyev İlqar namizədliyini Yeni Azərbaycan Partiyasından, digərləri isə bitərəf olaraq veriblər.






