Logo

Bakı metrosunun sabiq rəisi vəfat edib

Bakı metrosunun sabiq rəisi vəfat edib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bakı Metropoliteni”nin sabiq rəhbəri Vahid Nadirli vəfat edib.

Bu barədə Bakı Metropoliteni QSC tərəfindən rəsmi mətbuatda yayılan elanda deyilir.

Bakı Metropoliteni QSC-nin rəhbərliyi və kollektivi qurumun sabiq rəisi Vahid Nadirlinin vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə dövlət müəssisəsinin elanında qeyd edilib.

Qeyd edək ki, Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmir Yollarında başlayıb. Burada müxtəlif vəzifələrdə çalışan V. Nadirli 1987-ci ilin fevralın 21-də Bakı metrosunun rəisi təyin olunub və 1993-cü ilədək bu vəzifəni tutub. (apa)

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR