Logo

Kəmaləddin Heydərov İran nümayəndə heyəti ilə görüşüb

Kəmaləddin Heydərov İran nümayəndə heyəti ilə görüşüb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Gilan əyalətinin nümayəndə heyəti ilə görüşüb.

Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, görüş zamanı K.Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İranın müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan ətraflı bəhs edib.

Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfi səmimi görüşə görə təşəkkürünü bildirib, başçılıq etdiyi əyalətin Azərbaycanla müxtəlif sahələrdə uğurlu əməkdaşlığından danışıb.

Tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə geniş müzakirə aparılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR