Logo

Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto

Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun qardaşı Famil Nurməmməd oğlu Teymurov Lənkəran Uşaq-Gənclər İnkişaf Mərkəzində metodist vəzifəsinə təyin edilib.

Sfera.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, eyni zamanda, mərkəzin direktoru vəzifəsinin müvəqqəti icrası ona həvalə olunub.

Qeyd edək ki, Famil Teymurov 2012-ci ildən şəhid Bəxtiyar Rüstəmov adına Asxanakəran kənd tam orta ümumtəhsil məktəbində əvvəlcə müəllim, daha sonra isə tədris işləri üzrə direktor müavini vəzifələrində çalışıb.

O, pedaqoji fəaliyyəti ilə yanaşı, idman sahəsində də uğurlar qazanıb, 2017-2018-ci illərdə sərbəst güləş üzrə I dərəcəli beynəlxalq idman ustası adına layiq görülüb. Bundan əlavə, beş il müddətində Asxanakəran kənd bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR