Logo

Türkiyədə “Hero” yazılı köynək geyinən azərbaycanlı deportasiya olundu

Türkiyədə “Hero” yazılı köynək geyinən azərbaycanlı deportasiya olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə üzərində "Hero” yazılmış köynək geyinən Azərbaycanlı deportasiya edilib. Virtualaz.org "Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Qars vilayətində baş verib. Köynəyində ingiliscə "hero” – qəhrəman yazılmış köynək geyən şəxs polislər tərəfindən Polis İdarəsinə aparılıb. Orada ifadəsi alınandan sonra ölkədən deportasiya edilib.

Mənbənin yazdığına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd zamanı şübhəlilərdən biri üzərində "hero” yazılan köynək geyinibmiş. Bundan sonra eyni yazılı köynəyi geyən onlarla şəxs saxlanılıb, ən azı 2 nəfər həbs olunub.

Şübhəlilərin "Hero” yazılı köynək geyinməsi 15 iyul Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Fətullah Gülənin "The Fountain Magazine” də yazdırdığı yazının başlığında "Despair and Heroes” (Ümidsizlik və Qəhrəmanlıq) olması ilə əlaqələndiriblər.

Bir neçə nəfərin saxlanılmasından sonra "Akşam” qəzeti "Hero”nu Hoca Efendi Razı Olsun cümləsinin qısaldılmış forması olduğu iddia etmişdi.

Türkiyədə “Hero” yazılı köynək geyinən azərbaycanlı deportasiya olundu

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR