Logo

Xəzərdə müharibə ehtimalı: İŞİD və “beşlik” üz-üzə - VİDEO

Xəzərdə müharibə ehtimalı: İŞİD və “beşlik” üz-üzə - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın İŞİD-in Suriyadakı mövqelərini Xəzərdən bombalanmasından sonra ekspertlər dənizdə müharibə təhlükəsinin olub-olmaması üzərində qızğın mübahisə aparır. Önümüzdəki illərdə dənizin hərbiləşdirilməsi, yaxud İŞİD və digər terror qruplaşmalarının Xəzərdə yeni risklər yaratması kimi suallar müzakirə mövzusudur.

Sfera.az xəbər verir ki, Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri Xəzərdə müharibə təhlükəsini araşdırıb.

Nəşr yazır ki, Rusiyanın Suriyadakı İŞİD mövqelərini Xəzərdən bombalaması bölgəni gözlənilmədən İŞİD təhlükəsi ilə yaxınlaşdırdı: “Oktyabrın 7-də dənizdəki dörd raket gəmisindən 26 qanadlı təyyarə Suriya ərazisindəki 11 hədəfi məhv etdi. Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzəsində “sivil obyektlərin zərər çəkmədən hədəflərin məhv edildiyini” bildirdi. Bu addım xaricdə olduğu kimi, Rusiya daxilində də gözlənilməz qarşılandı. Çünki Rusiyanın hərbi təcrübəsində qurudakı hədəflərin dənizdən vurulması birinci dəfə idi. Rusiya Xəzərdəki donanması ilə təkcə bu imkana sahib olduğunu nümayiş etdirmədi, həm də göstərdi ki, 1,5 min kilometr uzaqlıqdakı məsafəni yüksək dəqiqliklə məhv etmək gücünə sahibdir. Eyni zamanda qeyd etmək lazımdır ki, zərbə İran və İraqın hava trayektoriyasından keçirdi və bunun uğursuz alınması iki regional oyunçuya xətər yetirə bilərdi”.

Nəşr qeyd edir ki, Rusiya bu zərbələrlə döyüş potensialını regional oyunçulara qarşı yönəltməmişdi: “Lakin bununla belə, terror təhlükəsi bütövlükdə Xəzər regionu üçün daha da yaxınlaşdı”.

Xəzəryanı ölkələrin bölgənin təhlükəsizliyi üçün əməkdaşlıq etdiyini xatırladan nəşr əlavə edir ki, İŞİD Mərkəzi Asiyadan Türkmənistan üçün təhlükə yaradır: “Rəsmi Aşqabad bunu inkar etsə də, Əfqanıstan sərhədində terrorçuların hücumları dəqiqdir. Digər tərəfdən, “Xəzər beşliyi”nin digər ölkəsi olan İranın İŞİD-ə qarşı Suriyada əməliyyatlar keçirməsi terrorçuların əks-zərbələrini aktuallaşdırır. Digər Xəzəryanı dövlətlər – Rusiya, Qazaxıstan və Azərbaycan İŞİD tərəfindən potensial risklərlə üz-üzədir. Bu ölkələrdən terror qruplaşmasının tərkibində döyüşənlər var. Məlumatlara görə, ümumilikdə post-sovet məkanından İŞİD sıralarında döyüşənlərin sayı 15 minə qədərdir. Onların real döyüş təcrübəsi və İŞİD ideologiyası mənimsəyərək, vətənlərinə qayıtması ciddi problemlərə səbəb ola bilər. Buna görə də bütün ölkələr önləyici tədbirlər görür, qanunsuz hərbi təşkilatlarda iştirak edən şəxslərə qarşı milli qanunvericiliyi sərtləşdirir. Xəzəryanı ölkələrin xüsusi xidmət orqanları tərəfindən İŞİD tərəfdarları ilə mübarizə prioritetlərdən biridir”.

“Nezavisimaya qazeta” İŞİD Xəzər bölgəsi üçün böyük təhlükə olduğunu nəzərə alaraq, “beşliyin” təhlükəyə qarşı birgə hərəkət etməsinin vacibliyini qeyd edir.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR