Bakı metrosunda qatarların hərəkəti niyə ləngidi?
Kateqoriya məlum deyil
Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb.
Sfera.az-ın məlumatına görə, Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Report-a bildirib ki, hadisəyə səbəb "Həzi-Aslanov" - "İçəri Şəhər" istiqamətində hərəkət edən 11 saylı qatarda nasazlıq yaranmasıdır.
"Qatarın nasaz olması ümumi xətdə qatarların ləngiməsinə gətirib çıxarıb. Yaxın saatlarda bu problem aradan qaldırılacaq", - o qeyd edib.
Sfera.az






