Bu üzü yanmış oğlan üz nəqli edildi - Dünyada ilk Amma çox yaraşıqlı oğlan oldu - FOTOLAR
2001-ci ildə Mississippidə bir ev yanğınında üzü tamamilə yanan Patrick Hardisona indiyə qədər həyata keçirilən ən uğurlu üz nəqli edilib.
Sfera.az bildirir ki, Hardisona keçən yaz velosiped qəzası keçirdikdən sonra beyin ölümü reallaşan 26 yaşındakı David Rodebaugh adlı velosiped təmirçisinin üzü verilib. 41 yaşındakı köhnə xilasetmə işçisi 26 saat davam edən bir əməliyyat sonrasında yeni üzünə qovuşub.Əməliyyatdan sonra 'New York Magazine' jurnalına danışan Hardison, çox bədbəxt bir dövr keçirdiyini ifadə edərək "Uşaqlar məni gördüklərində ağlamağa başlayıb qaçırdılar. Hamısı məndən çox qorxurdu. Ölməkdən belə daha pis bir vəziyyətlə qarşı qarşıyaydım "dedi. Əməliyyatı reallaşdıran Dr. Eduardo Rodriguez, Hardison yaxşılaşma müddətində olduğunu ancaq immunitet sistemini gücləndirici dərmanları həyat boyu istifadə etməsi lazım olduğunu söyləyib. Dünyada ilk üz nəqli 2005-ci ildə Fransada iti tərəfindən üzü parçalanan bir qadın üzərində edilmişdi. İlk tam üz nəqli isə 2010-ci ildə İspaniyada edilmişdi.






