Məleykə Abbaszadəni o əvəzləsə... – SENSASİON İDDİA
Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərliyindən getməsi və BDU-ya rektor təyin olunması ciddi müzakirələrə səbəb olub. Dəyişikliklə bağlı fikir ayrılıqları hələ də sosial şəbəkələrdə aydın hiss olunur.
Sfera.az bildirir ki, bir qisim hesab edir ki, Məleykə Abbaszadənin gedişi DİM-də köklü dəyişiklilərə gətirib çıxaracaq. Hətta qəbul imtahanlarının asanlaşacağını düşünənlər də var. Lakin fərqli fikirdə olan, habelə DİM-də yeni rəhbərliyin risklər yarada biləcəyini ehtimal edənlər də mövcuddur.
Bir müddət DİM-də çalışmış Könül Aydın özünün Facebook hesabında yazıb ki, qurumun başına keçmək üçün bəzi qruplar hərəkətlənib. Onun sözlərinə görə, FETÖ-çular daha çox fəaldırlar. “Bu gün səhərdən fetöcülər həşirdədirlər. Rüfət Əzizovu DİM-in sədri etmək üçün saytları onun şəkilləri ilə bəzəməkdən yorulmadılar. Açıq deyirəm, Rüfət Əzizov DİM-ə sədr gəlsə, Azərbaycandan əlinizi üzün, ölkəni Pensilvaniya idarə edəcək yaxın gələcəkdə. DİM-in rəhbəri olmaq üçün bircə nəfəri layiq bilirəm: Aydın Qasımovu. O adam bu iş üçün yetişib, hazırdır”.
Bəs belə bir təhlükə varmı?
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Musavat.com-a danışıb. Ekspert hesab edir ki, DİM rəhbərliyinə kimin təyin olunacağı ilə bağlı indidən səsləndirilən ehtimalların ciddi əsası yoxdur: “Dövlət İmtahan Mərkəzi adından da göründüyü kimi, dövlət əhəmiyyətli qurumdur və onun rəhbərinin kim olacağına dövlət başçısı qərar verəcək. Adların hallandırılması, müxtəlif iddiaların ortaya atılması isə hər kəsin şəxsi mülahizəsidir. Bəzi şəxslər adlarının mediada çəkilməsində və gündəmə gəlməsində maraqlı ola bilərlər. Çünki DİM bütün ölkə vətəndaşlarının diqqət mərkəzində olan qurumdur. Ona görə də bu məsələdə tələsmək üçün heç bir əsas görmürəm. Görünür, ölkə rəhbərliyi səviyyəsində də tələsik qərar vermək nəzərdə tutulmur. Elə buna görə də hələlik həmin vəzifə boşdur.
DİM-də hər hansı dəyişiklik və yenilik məsələsinə gəlincə, düşünmürəm ki, yaxın vaxtlarda qurumun fəaliyyətində ciddi dəyişikliklər baş versin. Mən bu sistemi yaxşı tanıyan biri kimi deyə bilərəm ki, zaman-zaman DİM-in fəaliyyəti ilə bağlı tənqidi fikirlərimi sosial şəbəkələrdə və mediada səsləndirmişəm. Ancaq heç vaxt qurumun fəaliyyətini bir şəxslə əlaqələndirməmişəm. Yəni, DİM-in işi onun rəhbərinin şəxsi iradəsindən asılı deyil. Bu, komanda işidir”.
Ekspertə görə, DİM-də yeniliklərin həyata keçirilməsi üçün müvafiq təkliflər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilməli və təsdiqlənməlidir: “Hesab edirəm ki, DİM yaxın bir neçə il ərzində sistemində ciddi dəyişikliklər etmək iqtidarında olmayacaq. Çünki bunun üçün əvvəlcədən hazırlıq görülməlidir. İstənilən dəyişikliklə bağlı ən azı, iki il qabaqcadan müvafiq addımlar atılmalıdır. Əgər biz bu addımları indidən görmürüksə, deməli, yaxın bir-iki ildə ciddi yeniliklər gözləmək real deyil.
Bir sözlə, DİM-in yeni rəhbərinin kim olacağını indidən proqnozlaşdırmaq, məncə, özünü aldatmaqdır. Adları mediada hallanan şəxslərdən hər hansı birinin sədr təyin olunması ehtimalını yüksək qiymətləndirmirəm. Çünki indiyədək dəfələrlə görmüşük ki, mediada adı çəkilən şəxslər sonradan həmin vəzifələrə təyin olunmayıblar. Ola bilər ki, özünü islahatçı kadr kimi görən və bu vəzifəyə şansı olan şəxslərin namizədliyi arxa planda müzakirə edilsin. Ancaq bu prosesin media üzərindən aparıldığını düşünmürəm".
“Aydın Qasımovu da yaxşı tanıyıram. Onun işgüzarlığına şübhəm yMəzahir Məmmədli DİM-in rəhbərliyinə namizəd kimi adı hallanan Aydın Qasımov barədə də danışıb: oxdur. DİM-in fəaliyyətini yaxşı bilir. Ancaq bu məsələ ayrı-ayrı şəxslərin fikirləri ilə ölçülməyəcək. Hər halda, bununla bağlı dövlət başçısının qərarı və sərəncamı olacaq. Böyük ehtimalla, bu təyinat yaxın bir neçə həftə ərzində baş verməyəcək. Çünki bu vəzifənin öhdəsindən kimin daha layiqli şəkildə gələ biləcəyini diqqətlə ölçüb-biçmək lazımdır”.






