Logo

Komitə bu müəssisələri satışa çıxarıb

Komitə bu müəssisələri satışa çıxarıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əmlak Məsələləri Dövlət Komitəsi "Qax Taxıl”, "Saatlı Broyler”, "Ağdaş Quşçuluq”, ”Yevlax Kəndnəqliyyat” və "İmişli Yağ Pendir” müəssisələrini hərraca çıxarıb.

Sfera.az xəbər verir ki, Komitə avqustun 29-da hərraca çıxarılacaq əmlakların siyahısını açıqlayıb. Hərracda 159 dövlət əmlakı təqdim ediləcək.

Bu dəfə hərraca çıxarılan müəssisələr arasında ən yüksək ilkin satış qiyməti Balakən Əmlak Kompleksinə məxsusdur. Bu əmlak 550 min manata təklif olunur. İlkin satış qiymətinin yüksəkliyinə görə ikinci yerdə Sabunçu rayonunda yerləşən Yardımçı Təsərrüfat sahəsi gəlir - 542 min 500 manat.

Bu dəfə az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Sumqayıt şəhərində yerləşən, sahəsi 21,7 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək olar. Həmin əmlakın ilkin start qiyməti 2 min manatdır.

Xatırladaq ki, hərraca çıxarılan 6 nəqliyyat vasitəsinin qiyməti 1200 manatla 4 min manat arasında dəyişir. Özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlifdir.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR