Logo

GÖRÜNMƏMİŞ VƏHŞİLİK: Azərbaycanda yeni doğulmuş qızı öldürüb ...

GÖRÜNMƏMİŞ VƏHŞİLİK: Azərbaycanda yeni doğulmuş qızı öldürüb...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Lənkəranda 6 günlük körpə öldürülərək quyuya atılıb.

Sfera.az
xəbər verir ki, hadisə Darquba kəndində qeydə alınıb.

Altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Bir neçə gündür oğurlanan körpənin cəsədi bu gün quyuda aşkar edilib.

Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Qeyd edək ki, M.Nurullayeva ailənin ikinci qız övladı olub. (APA)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR