Logo

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır - Sabahdan

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır - Sabahdan
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına növbəti tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayır.

Sfera.az xəbər verir ki, sentyabrın 18-nə qədər davam edəcək qeydiyyatda ərizələrin qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva bildirib ki, məktəblərdə sənəd qəbulu isə avqustun 1-dən sentyabrın sonuna qədər olacaq.

O qeyd edib ki, növbəti tədris ilində BŞTİ-nin tabeliyində 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək: "Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq".

İdarə rəsmisi onu da əlavə edib ki, yeni tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır: "Yeni tədris ilində məktəbəhazırlıq qruplarına ümumilikdə 25 mindən çox uşağın cəlb olunması nəzərdə tutulur".

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR