Zabitin meyiti tapıldı: “Gördük ki, artıq vəfat edib” – VİDEO
Mingəçevirdə mənzildən meyiti tapılan yüksəkrütbəli zabitlə bağlı yeni təfərrüat məlum olub.
Sfera.az xəbər verir ki, hadisə şəhərin Energetiklər yaşayış massivində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Onlar mənzilin qapısını sındıraraq içəri daxil olublar.
Sakinlərdən biri hadisə ilə bağlı bunları deyib:
“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldilər, qapını sındırdılar. Sonra gördük ki, artıq vəfat edib. Kirayədə qalırdı”.
Digər sakin isə hadisə zamanı yaşananları belə təsvir edib:
“Gördük ki, tappıltı səsləri gəlir. Balkona çıxdım, təcili tibbi yardım avtomobilinin dayandığını gördüm. Qapını açanda tibb bacısının da orada olduğunu gördüm. Soruşdum ki, nə baş verib? Dedilər ki, bizə zəng ediblər, hərbçi ilə bağlı məlumat daxil olub”.
Ətraflı Baku TV-nin videomaterialında:





