Logo

AMEA avtomobillərini satışa çıxarıb

AMEA avtomobillərini satışa çıxarıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əmlak Məsələləri Dövlət Komitəsi alınmadığı üçün təkrar hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını təqdim edib.

Komitədən Sfera.az-a verilən əlumata görə, siyahıda Azərbaycan Milli Elmlər Akademiyası "Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin satışa çıxardığı avtomobilər də var.

QAZ-270500, "Opel Omeqa”, "Doğan-S” markalı avtomobillər AMEA-nın hərracda satmaq istədiyi nəqliyyat vasitələridir ki, qiymətləri 1700 manatla 1200 manat arasında dəyişir.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti də hərracda 2005-ci ilin Mitsubişi L 200 avtomobilini 3750 manata satışa çıxarıb. Azərsu ASC Birləşmiş Sukanal MMC isə KamAZ və QAZ-270500 avtomobillərini hərraca təqdim edib.

Hərrac avqust ayının 29-da keçiriləcək.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR