Azərbaycanda əhalinin sayı 0,2 faiz artıb
İlin əvvəlindən ölkə əhalisinin sayı 20 474 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə 10 282 825 nəfərə çatıb.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd edilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. 2026-cı il oktyabr ayının əvvəlinə əhalinin 22,9 faizi Bakı, 4,6 faizi Naxçıvan, 9,3 faizi Lənkəran-Astara, 8,6 faizi AbşeronXızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi QazaxTovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.






