Vasif Talıbov generalı vəzifədən azad etdi-SƏRƏNCAM
Kateqoriya məlum deyil
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.
Vətəninfo.az-a Naxçıvan Ali Məclisindən daxil olan məlumatına görə, sərəncamda deyilir: "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əhməd Hüseyn oğlu Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin".
Sfera.az






