Logo

Xərçəngdən əziyyət çəkən fenomen əməliyyat zamanı öldü

Xərçəngdən əziyyət çəkən fenomen əməliyyat zamanı öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qırğızıstanlı yumor ustası və sosial şəbəkə fenomeni Eldos Almazov 29 yaşında dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, komediya ustasının ürəyi əməliyyat zamanı dayanıb.

Qeyd edək ki, bu ilin aprelində Eldos Almazova sümük toxumasının bədxassəli şişi olan osteosarkoma diaqnozu qoyulub. O, bir müddət kimyaterapiya müalicəsi alıb. Sentyabrda ayağından ağır əməliyyat keçirib.

Eldos əvvəlcə sosial şəbəkələrdə yumoristik videolarla tanınıb, daha sonra Moskvaya köçərək sənət fəaliyyətini davam etdirib. O, "Açıq mikrofon" televiziya layihəsinin altıncı mövsümündə də iştirak edib.

10 yaşında ona boy inkişafının dayanması ilə nəticələnən hipofiz nanizmi diaqnozu qoyulub. Məktəbi bitirəndə boyu 112 santimetr olan Eldosun yetkinlik dövründə boyu 130 santimetrə çatıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR