Logo

Ana və qızını xilas edən polislər zəhərləndi (FOTOLAR)

Ana və qızını xilas edən polislər zəhərləndi (FOTOLAR)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıt şəhərində polislər yanğın zamanı mənzildə köməksiz vəziyyətdə qalmış ana və azyaşlı övladının həyatını xilas ediblər.

DİN-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, bu gün səhər saatlarında Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsindəki 14 nömrəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 58 kvadratmetr olan mənzildə yanğın hadisəsi baş verib.

Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) Post Patrul Xidməti Taborunun (PPXT) əməkdaşları hadisə yerində ictimai asayişi təmin etmək üçün əraziyə göndəriliblər. Polis serjantları Əfsər Baxşəliyev və Bəxtiyar Əliyev həyatlarını təhlükəyə ataraq alovların arasında huşlarını itirmiş mənzil sahibi - Sünbül Əliyeva və onun azyaşlı övladı Aylini xilas ediblər.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən ana və övladının vəziyyəti normal olsa da, qatı tüstüdən zəhərlənən polis əməkdaşları təcili olaraq intensiv terapiya şöbəsinə yerləşdirilib.

Sfera.az

Ana və qızını xilas edən polislər zəhərləndi (FOTOLAR)Ana və qızını xilas edən polislər zəhərləndi (FOTOLAR)Ana və qızını xilas edən polislər zəhərləndi (FOTOLAR)
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR