BDU-nun bu ixtisasına tələbə qəbulu dayandırıldı
Kateqoriya məlum deyil
Bu il Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinə tələbə qəbulu dayandırılmayıb.
Sfera.az xəbər verir ki, bu barədə Report-a BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, fakültənin bakalavr və magistratura səviyyəsinin müvafiq ixtisaslarına qəbul davam edir.
2017/2018-ci tədris ilində BDU-nun İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına bakalavr səviyyəsi üzrə plan yeri ayrılmayıb. Lakin adıçəkilən ixtisas üzrə magistr pilləsinə qəbul olacaq.
Sfera.az






