Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
Kateqoriya məlum deyil
Onlayn ticarət vasitəsilə sifariş edilən və Azərbaycana gətirilən malların vergiyə cəlbi ilə bağlı yeni yanaşma təklif olunur.
Sfera.az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Təklifə əsasən, vergi uçotunda olmayan fiziki şəxslərdən alış aktı ilə əldə edilən mallar üzrə gəlirdən çıxılan xərclərə tətbiq olunan 2 faizlik məhdudiyyət platformalar üzərindən sifariş edilərək "Smart Customs" sistemi vasitəsilə ölkəyə gətirilən mallara şamil edilməyəcək.
Məsələ səsə qoyularaq ilk oxunuşda qəbul olunub.






