Əhalinin banklardakı əmanətləri azalıb
Kateqoriya məlum deyil
Əhalinin banklardakı əmanətləri sentyabr ayı ərzində 8,5 milyon manat azalaraq 2015-ci il oktyabrın 1-i vəziyyətinə milli valyuta ekvivalentində 7,3 milyard manat olub.
Sfera.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 5,1 faiz və ya 352,1 milyon manat artıb.






