Logo

Tələbənin ölümü ilə bağlı DYP əməkdaşı danışdı

Tələbənin ölümü ilə bağlı DYP əməkdaşı danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə DYP əməkdaşı Əkbər Quliyev ifadə verib. DYP əməkdaşı deyib ki, hadisə olmazdan əvvəl yolda təhlükəsizlik tədbirləri görülüb: "Yolun kənarında nasaz vəziyyətdə dayanan yük avtomobilinin arxasında xidməti maşınla dayanmışdım. Burada arxadan gələn avtomobillərin təhlükəsizliyini təmin edirdim".

Proses iyulun 27-də davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb. (apa)

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR