Logo

Rusiya həbsxanalarında gün sayan azərbaycanlılar — RƏSMİ RƏQƏMLƏR

Rusiya həbsxanalarında gün sayan azərbaycanlılar — RƏSMİ RƏQƏMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az xəbər verir ki, 2017-ci ilin birinci yarısına olan məlumata əsasən ümumilikdə Rusiya həbsxanalarında 29 min 397 xarici vətəndaş cəza çəkir. Xarici məhkumların 90 faizi ağır və xüsusi ağır cinayətlər səbəbindən həbsxana həyatı yaşayır.

Bu il Rusiya həbsxanalarında "qonaq qalan" ABŞ vətəndaşlarının sayı 12-dir. Məlumata əsasən, rus zindanlarında Avropa İttifaqı ölkələrinin 97 vətəndaşı azadlığına qovuşacağı günü həsrətlə gözləyir.

Keçmiş MBD ölkələri arasında isə bu sahədə liderliyi Tacikistan əldə edib. Məlumata əsasən, 2017-ci ilin ilk altı ayında 8002 nəfər Tacikistan vətəndaşının nəsibi məhkumluq həyatı olub. İkinci yerdə isə 6362 məhkumla Özbəkistandır. Üçüncü yerdə 4761 dustaqla Ukraynadır.

Azərbaycan isə siyahıda dördüncü yerdədir. 2017-ci ilin ilk altı ayında 2350 Azərbaycan vətəndaşı Rusiya həbsxanalarının "müvəqqəti qonağı" olub.

"Ölkə.Az"

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR