Logo

Əli İnsanovun şikayəti icraata götürüldü

Əli İnsanovun şikayəti icraata götürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmənin hakimi açıqlanıb.

Ali Məhkəmədən Sfera.az-a verilən məlumata görə, sabiq nazirin şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.

Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən sabiq nazirin vəkilləri apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinuəin qərarı ilə onların şikayətləri təmin edilməyib.

Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs olunub.

Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.

Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir.

Əli İnsanov ittihamı qəbul etmir.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR