Aytac tükürpərdici hisslərindən danışdı - FOTOLAR
Kateqoriya məlum deyil
Müğənni Aytac Vidadiqızı sevən qadının edə biləcəklərindən danışıb.
BiG.AZ xəbər verir ki, o, yenicə təqdim etdiyi “Bu şəhərdən get” adlı lirik mahnısında sevən qadının tükürpərdici hisslərinin ifadə olunduğunu vurğulayıb.
“Sözlər çox təsirlidir. Sevən xanım sevgilisini hər kəsə, hər şeyə qısqandığından ayrılıq zamanı onunla nəinki eyni şəhərdə, eyni dünyada da yaşamaq istəmir. Həyatından çıxıb getmədiyi təqdirdə, onu hətta ölümlə hədələyir. Bu sözlər, ideya məni cəlb etdi. İnanıram ki, sevən hər kəs mahnıda özündən bir parça tapa biləcək”.
Aytac Vidadiqızı toy öncəsi lirik mahnı oxuduğuna görə onu qınayanların da olduğunu bildirib:
“Mahnılarımın heç biri həyatımı əks etdirmir. Həyatında baş verənlərə mahnı həsr edən müğənnilərdən deyiləm. Mənim üçün əsas mahnının sözləri və musiqisidir. Düşündürücü və təsirli olan istənilən mahnını ifa etməyə hazıram. Yaşadıqlarımdan oxusam, gərək ayda bir albom buraxım”.
Yeni mahnısından təsirlənən Aytac Vidadiqızı mahnının ab-havasına uyğun fotosessiya da etdirib. Tam fərqli obrazda ortaya çıxan həmin fotosessiyadan danışarkən isə bunları deyib:
“Fotolarda aktrisalıq qabiliyyətimi də qabartmaq istədim. Fotoqraf nə qədər peşəkar olsa da, əsas obrazı canlandıran mənəm. İstədim ki, bu fotosessiyada sevgidən iztirab çəkən xanımı canlandırım”.
Qeyd edək ki, müğənninin ifa etdiyi “Bu şəhərdən get” adlı mahnının sözləri Aqil Əsədova, musiqisi Arif Səlimova, aranjemanı isə Rabil Səfərliyə məxsusdur.
BİG.az