8 yaşlı uşağı maşın vurub
Kateqoriya məlum deyil
Xaçmazda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisində baş verib.
8 yaşlı Qurbanəliyev Aslan Zaur oğlunu maşın vurub. Azyaşlıya sol budun aşağı üçdə birinin açıq sınığı və başın əzilməsi diaqnozu qoyulub.
Fakt araşdırılır.






