Logo

2 ayda 50 nəfəri gün vurub - Bakıda

2 ayda 50 nəfəri gün vurub - Bakıda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İyunun 1-dən indiyədək günvurma ilə bağlı Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 50 nəfər müraciət edib.

Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov Modern.az-a açıqlamasında bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, müraciət edənlərdən 19 nəfəri xəstəxanalara yerləşdirilib:

"Xəstəxanaya yerləşdirilən şəxslərə bütün zəruri təcili yardım göstərilib. Xəstələr ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb”.

C.Xəlilov günvuran şəxslər arasında ölüm halının qeydə alınmadığını bildirib.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR