Logo

Dünyanın ən çətin əməliyyatı - 26 saat - VİDEO

Dünyanın ən çətin əməliyyatı - 26 saat - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikalı həkimlər dünyanın ən çətin əməliyyatlarından birinə imza atıb. Nyu Yorkda 1 illik hazırlıqlardan sonra başlayan əməliyyat  26 saat davam edib.  Missisipdə bir evdə baş verən yanğın zamanı, içəridəki insanları  xilas etmək üçün özünü alovun ortasına  atan və dəhşətli dərəcədə xəsarətlər alan bir sakinə, eyni gündə bir neçə bədən üzvü nəql olunub

2001-ci ildə güclü yanğında insanları xilas etməklə ölkədə qəhrəman kimi tanınan 41 yaşlı Patrik Hardisonun həyatı, aldığı yanıq xəsarətləri ilə alt-üst olmuşdu. Onun sifəti tamamilə tanınmaz hala düşdüyündən,  fədakar amerikalı  küçəyə belə çıxmırdı. 150 tibb  işçisi, bir gündən çox davam edən əməliyyatla,  dünyasını dəyişən  26 yaşlı bir gəncin sifətini, uğurla Patrik Hardisona köçürüb.

Bu əməliyyatın dünyanın ən çətin üz nəqli kimi qəbul edilməsi, heç də təsadüfi deyil.  Belə ki,  cərrahlar nəql olunan sifətin bir işə yaraması üçün Patrikə həm alt çənə, həm  almacıq sümüyü, həm göz və göz qapaqları, eləcə də qulaqlar  da nəql etməli olub. 1 ildir bu əməliyyata hazırlaşan  cərrahlar, eyni xəstə üzərində sinxron şəkildə əməliyyat apara bilib.

Çətin əməliyyatda sümüklər, əzələlər, qulaq kanalları, dodaqlar və sinir hüceyrələri ideal şəkildə nəql olunub.  Sifətinin şişinin çəkilməsindən sonra  Patrikin əməliyyat olunduğunu hiss etmək belə çətin olacaq.  Bu əməliyyatın qiyməti də kifayət qədər diqqət çəkir.  Patrikə yeni sifətin nəql olunması 1 milyon dollara başa gəlib.

Yanğın faciəsindən sonra sifəti tanınmaz hala düşən Patrik, daha bir zərbəni, boşanaraq 5 övladından ayrı düşdükdən sonra alıb. Amma tibbin ona bəxş etdiyi yeni sifət gələcək həyatındakı bütün boşluqları doldura bilər…  (Atv.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR