Logo

AZAL geri çəkildi

AZAL geri çəkildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şirkətin bu addımı daxili turizmə zərbə kimi qiymətləndirilmişdi.AZAL Bakı-Gəncə aviareysini davam etdirəcək.

Bu barədə Oxu.Az-a Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski məlumat verib.“Çoxsaylı xahişləri nəzərə alaraq, Bakı-Gəncə aviareysi üzrə uçuşlar bərpa edilib. Uçuşlar həftədə 3 dəfə - çərşənbə günü, cümə və bazar günləri təşkil olunacaq”, - deyə P. Kəsəmənski bildirib.P. Kəsəmənski əlavə edib ki, uçuşlar “Embraer-170” tipli təyyarələrlə həyata keçiriləcək.Qeyd edək ki, bir müddət əvvəl “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərin az istifadə etməsi səbəbindən noyabr ayının 21-dən Gəncə, Qəbələ və Lənkərana uçuşları dayandıracağı barədə qərar qəbul edəcəklərini bəyan etmişdi.Bu isə öz növbəsində həmin ərazidə yaşayan insanların kəskin narazılığına səbəb olmuş, AZAL-ın bu addımı daxili turizmə zərbə kimi qiymətləndirilmişdi.Lakin göründüyü kimi, şirkət ictimai narazılığın artdığını görərək, bu, qeyri-populyar qərarını ləğv etməyə məcbur olub.Qərar dəyişdirildiyindən Gəncəyə yeni uçuşlara noyabr ayının 22-dən həyata keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR