İŞİD Nyu-Yorku hədələdi – VİDEO
Kateqoriya məlum deyil
Kişi bombanı yığıb gödəkçəsinin altında gizlədir.İŞİD yaraqlıları Nyu-Yorkun insanların sıx yaşadığı rayonunda terror aktı həyata keçirəcəklərini vəd etdikləri videomüraciət paylaşıblar, NYPost nəşri məlumat yayıb.
Sfera.az LIFENEWS-a istinadən xəbər verir ki, videoda üzü göstərilməyən kişi bombanı yığıb gödəkçəsinin altında gizlədir.Kadrlarda həmçinin Manhettenin mərkəzində yerləşən Tayms-skver meydanı da göstərilir. Amerika nəşrinin iddia etdiyi kimi, İŞİD kamikadzesinin terror aktı törətməsinə dair real təhlükə mövcuddur.Daha öncə yaraqlıların ABŞ-ın paytaxtı Vaşinqtonda terror aktlarının, eləcə də Fransada yeni hücumların təşkilinə dair planları barədə məlumatlar yayılmışdı.






