Logo

Estoniya xarici işlər naziri Bakıya gəlir

Estoniya xarici işlər naziri Bakıya gəlir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək.

Sfera.az xəbər verir ki, bunu Marqus Tsahkna bildirib.

"Tərəfdaşlığımızın möhkəmlənməsinin daha bir göstəricisi bu ayın sonunda Bakıda Estoniyanın yeni səfirliyinin rəsmi açılışının olmasıdır. Açılış mərasimində iştirak etmək mənim üçün şərəfdir", - XİN rəhbəri vurğulayıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan Estoniyanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır.

"Son illərdə əlaqələrimiz xeyli möhkəmlənib və biz rəqəmsallaşma, ticarət, yaşıl texnologiyalar və logistika sahələrində əməkdaşlığı ardıcıl olaraq genişləndiririk", - Tsahkna bəyan edib./report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR